Xəzər Xəbər

İranda ən aşağı ölüm göstəricisi qeydə alındı

Dünya | 18:27 • 25 May 2020
İranda ən aşağı ölüm göstəricisi qeydə alındı

İranda sutka ərzində son 2,5 ayda koronavirusdan ən aşağı ölüm göstəricisi – 34 nəfərin vəfat etməsi qeydə alınıb.

Bu barədə İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur IRINN telekanalına məlumat verib.

Oqeyd edib ki, son sutkada ölkədə koronavirus infeksiyasına 2 023 yeni yoluxma halı qeydə alınıb. Yoluanların ümumi sayı 137 724 nəfərəçatıb.

Xəstələrin 107 713 nəfəri artıq sağalıb. Pandemiyanın başlanğıcından ölkədə koronavirus qurbanlarının sayı 7 451 nəfər təşkil edib.

Xəbər lenti