Xəzər Xəbər

Daha bir ölkə koronavirus epidemiyasının başa çatdığını elan etdi

Dünya | 13:35 • 18 May 2020
Daha bir ölkə koronavirus epidemiyasının başa çatdığını elan etdi

Kambocada son COVID-19 xəstəsi müalicə olunaraq xəstəxanadan evə buraxılıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Hazırda ölkəyə xaricdən gələn xəstələrin sayının artmaması üçün tədbirlər görülür.

Bu günə qədər Kambocada 122 nəfər koronavirusa yoluxub, ölüm faktı qeydə alınmayıb.

Qeyd edək ki, ötən həftə Sloveniya rəhbərliyi ölkədə yeni yoluxanların olmadığını və karantin rejiminin başa çatdığını elan etmişdi./trend

Xəbər lenti