Xəzər Xəbər

Türk ordusu yenidən HƏRƏKƏTƏ KEÇDİ Sərhəd bölgəsinə hərbi qüvvə yeridildi

Dünya | 09:35 • 14 Fevral 2020
Türk ordusu yenidən HƏRƏKƏTƏ KEÇDİ

Suriyanın İdlib şəhərinə Rusiya dəstəkli Bəşər Əsəd rejiminin hücumları davam edir.

Türkiyə Silahlı Qüvvələri iki ölkənin sərhəd zonasında yerləşən bölüklərinə tank və hərbi avtomobil göndərib. Çox sayda əsgər də konvoyda yer alıb.

Milli Müdafiə naziri Hulusi Akarın NATO konfransında bölgədə atəşkəsin təmin edilməsi və daimi olması məqsədilə hərbi ehtiyatın göndərilməsinə davam ediləcəyini açıqlamasından sonra proses sürətləndirilib. Əlavə hərbi qüvvələr və silah ehtiyatı ehtiyac olduğu təqdirdə İdlib şəhərinə istiqamətləndiriləcək.

Qeyd edək ki, Türk ordusunun İdlibdəki 4 müşahidə məntəqəsi Əsəd birliklərinin mühasirəsi altındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rejimin ayın sonuna qədər geri çəkilməyəcəyi təqdirdə böyük hərbi hərəkat başladacağını dilə gətirib./publika.az

Xəbər lenti

Çox oxunanlar