Türkiyədə Adnan Oktarın lideri olduğu mütəşəkkil cinayətkar qruplaşma üzvlərinin məhkəməsi davam edir.
Həbs olunanlardan Sinəm Həcər "Adnan bəy Bəşər Əsədə sülhə dəvət məktubu göndərdi”, - deyə ifadə verib. O, Adnan Oktarın Bəşər Əsəddən müharibəni dayandırmasını, qan tökülməsinin qarşısının alınmasını istədiyini bildirib.
Sinən Həcər həmçinin Adnan Oktarın həbsxanadkı həyatından, ona kiminləsə görüşmək imkanı yaradılmadığından danışıb./publika.az