Xəzər Xəbər

Nepalda daşqın və torpaq sürüşmələri: 32 nəfər ölüb

Dünya | 18:34 • 13 İyul 2019
Nepalda daşqın və torpaq sürüşmələri: 32 nəfər ölüb

Nepalda leysan yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ən az 32 nəfər həlak olub, 12 nəfər xəsarət alıb, 17 nəfər isə itkin düşüb.


Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.


Hakimiyyət orqanları çay sahillərində yaşayan insanları müvəqqəti olaraq təhlükəsiz zonalara köçməyə çağırıb.


Təbii fəlakət Nepalın 21 rayonunu əhatə edib. Hazırda 831 nəfər təhlükəli ərazilərdən təxliyə olunub. Ölkənin müxtəlif rayonlarında xilasetmə əməliyyatı keçirmək üçün 28 min polis əməkdaşı cəlb olunub.


Nepalın meteorologiya xidmətinin məlumatına əsasən, bölgədə intensiv yağışlar iyulun 14-nə qədər davam edəcək.

Xəbər lenti