ABŞ bilir ki, İran öz hava məkanının pozulmasının qarşısını sərt şəkildə almaq iqtidarındadır.
Lenta.ru-nun xəbərinə görə, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Hüseyn Xanzadi deyib.
Onun sözlərinə görə, ABŞən ağıllı və ən təkmil patrul təyyarəsini qadağan olunmuş zonaya göndərib:
"Hamı gördü ki, həmin pilotsuz uçuş aparatı dayandırıldı və biz bunu dəfələrlə təkrar edə biləcəyimizi deyirik”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyunun 24-də İrana qarşı yeni sanksiyaları açıqlayacaq. Növbəti sanksiyalar PUA-nın vurulmasına və Hörmüz boğazında iki tankerə hücuma cavab olaraq tətbiq ediləcək.