Xəzər Xəbər

Ruhani dünyanı ABŞ-a qarşı birləşməyə çağırdı

Dünya | 20:46 • 23 İyun 2019
Ruhani dünyanı ABŞ-a qarşı birləşməyə çağırdı

İran prezidenti Həsən Ruhani beynəlxalq təşkilatları Amerika pilotsuz təyyarəsi ilə bağlı hadisənin fonunda Fars körfəzində ABŞ-ın hərəkətlərinə cavab olaraq lazımi ölçüləri qəbul etməyə çağırıb.

"Fars” agentliyi xəbər verir ki, İran lideri bu haqda Parlamentlərarası İttifaqının prezidenti Qabriel Kuevas Barronla görüşdə bildirib.

O vurğulayıb ki, ABŞ-ın qoşunlarının regionda genişlənməsi burada problemlərin əsas səbəbidir.

Qeyd edək ki, iyunun 20-də İran İslam İnqilabı Keşikçilər Korpusu ABŞ-ın pilotsuz kəşfiyyat aparatını vurub. Amerika tərəfi əvvəlcə bu xəbəri təkzib etdi, amma sonra etiraf etdi ki, İran ABŞ-ın ən böyük pilotsuz aparatlarından biri olan "RQ-4A Global Hawk”-ı vurub.

İyunun 21-də isə məlum oldu ki, Tramp İrana zərbələrin endirilməsi üçün müəyyən edilən tarixdən 10 dəqiqə əvvəl hücum əmrini ləğv edib. Prezidentin sözlərinə görə, Amerika hərbçiləri eyni anda İranda üç müxtəlif obyektə hücüm etməyə hazır idilər. Generallardan birinin hücum nəticəsində təxminən 150 insan həlak olacağını deməsindən sonra Tramp qərarını dəyişib.

Bildirilir ki, zərbələrin hədəfləri bir sıra İran obyektləri, həmçinin radiolakasiya sistemləri və zenith-raket kompleksləri olmalı idi.

İran təyyarənin təyyarənin ölkənin hava məkanını pozduğunu, ABŞ-ın Silahlı qüvvələrin Mərkəzi Komandanlığı (CENTCOM) isə təyyarənin İran zenit-raket kompleksi tərəfindən Hörmüz boğazının üzərində vurulduğunu bəyan edib.

Tramp bunu "İranın çox böyük səhvi” adlandırıb, ancaq daha sonra bildirib ki, bunun qəsdən edildiyinə inanmır.

Daha sonra Tramp NBC televiziya şirkətinə müsahibəsində bildirib ki, o, İranla misli görünməmiş dağıntılara gətirib çıxaracaq müharibəyə başlamaq istəmir.

"Mən müharibəyə (İranla -red) cəhd etmirəm və əgər o olacaqsa, onda heç kimin görmədiyi dağıntılar olacaq", - deyə Tramp əlavə edib.

Xəbər lenti