Xəzər Xəbər

Cənubi Koreya Ali Məhkəməsinin sabiq sədrinin işi üzrə məhkəmə iclası keçiriləcək

Dünya | 09:45 • 11 May 2019
Cənubi Koreya Ali Məhkəməsinin sabiq sədrinin işi üzrə məhkəmə iclası keçiriləcək

Cənubi Koreya Ali Məhkəməsinin sabiq sədri Yanq Sunq-tenin işi üzrə ilk məhkəmə iclası mayın 29-da keçiriləcək.


Xezerxeber.az xəbər verir ki, səlahiyyətlərindən sui-istifadədə, məhkəmə proseslərinə təsir etməklə əvvəlki hökumətə lobbiçilik fəaliyyəti göstərməkdə təqsirli bilinərək yanvarda həbs olunan sabiq sədr haqqında aparılan cinayət işi yekunlaşdırılaraq məhkəməyə təqdim olunub. Yanq Sunq-te Cənubi Koreyanın haqqında cinayət işi başlanılan və məhkəməyə çıxarılan ilk Ali Məhkəmə sədridir. O özü bütün ittihamları rədd edir.


Bildirilir ki, 2011-2017-ci illərdə Ali Məhkəməyə rəhbərlik etmiş Yanq-Sunq-te impiçment yolu ilə ölkə prezidenti vəzifəsindən uzaqlaşdırılan və sonradan azadlıqdan məhrum edilən Pak Kın-he hökumətinin bir çox qanunsuz fəaliyyətinə dəstək verib. Uzun illər məhkəmə-hüquq sistemində çalışmış 71 yaşlı sabiq sədr 40-a yaxın cinayət işində şübhəli bilinir.

Xəbər lenti