Xəzər Xəbər

“ABŞ-İran müharibəsi...” – Con Boltondan xəbərdarlıq

Dünya | 13:55 • 6 May 2019
“ABŞ-İran müharibəsi...”

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ölkəsinin İranla mümkün müharibə ehtimalından danışıb.

O, iki ölkə arasında silahlı qarşıdurmanı istisna edib.

Con Bolton İrana Yaxın Şərq bölgəsində hərbi qüvvələrinin sayını artırması ilə bağlı xəbərdarlıq etdiklərini, lakin İranla müharibə etmək istəmdiklərini bildirib.

O, bundan əvvəl ABŞ-ın "Abraham Linkoln” döyüş gəmisini bölgədəki hərbi hava bazasına göndərəcəklərini açıqlamışdı.

İran isə Amerikanın ən kiçik hərbi hərəkətliliyinə ən ağır formada cavab verəcəklərini bildirmişdi./Teleqraf.com

Xəbər lenti