Xəzər Xəbər

Ölənlərin sayı minə çata bilər – Prezidentdən ŞOK AÇIQLAMA

Dünya | 11:23 • 19 Mart 2019
Ölənlərin sayı minə çata bilər

Zimbabve və Mozambik sərhədindəki bölgədə təsirli olan "İdai” tropik qasırğası və güclü yağış nəticəsində həyatını itirənlərin sayı minə çata bilər.

Bu haqda Mozambik prezidenti Filipe Jasinto Nyusi bildirib.

Dövlət başçısı bu günə qədər 84 adamın cəsədinin tapıldığını deyib.

Bölgədə yüzlərlə ev dağılıb. Yollar və körpülər zərər çəkib, yüzlərlə insan itkin düşüb. Pis hava şəraitinin daha bir gün davam edəcəyi proqnozlaşdırılır./publika.az

Xəbər lenti