İstanbuldakı Səudiyyə konsulluğunda qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Cengiz ABŞ prezidenti Donald Trampa müraciət ünvanlayıb. Bu barədə "RİA Novosti" məlumat yayıb.
Xədicə Cengiz Ağ Ev rəhbərindən nişanlısının qətli ilə bağlı mövqeyini dəyişməsini istəyib:"O (Tramp), bu məsələ ilə bağlı yeni mövqe tutarsa, biz çox şad olarıq.Bizim üçün meyitin tapılması və yaxınlarının onun üçün dua edəcəyi yerin olması vacibdir".
Cengiz həmçinin nişanlısının qatillərinin cəzalandırılacağına, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əs Səudun isə "düşüncəli davranaraq" Türkiyənin cinayətin araşdırılması üzrə səylərini dəstəkləyəcəyinə ümid bəslədiyini bildirib./FaktXəbər