Xəzər Xəbər

12 il öncə itirdiyi üzüyünü burnundan tapdı ŞOK HADİSƏ

Dünya | 16:32 • 30 Yanvar 2019
12 il öncə itirdiyi üzüyünü burnundan tapdı

İngiltərə vətəndaşı Abiqail Tomsonun başına görülməmiş hadisə gəlib.

Abiqail 12 il öncə itirdiyi üzüyünü asqırdıqdan sonra tapıb.

O, 8 yaşında olarkən hədiyyə aldığı üzüyü bir neçə ay istifadə etdikdən sonra itirib. Lakin asqırandan sonra üzük onun burnundan yerə düşüb.

"Uşaq olanda dostlarım bizə tez-tez gəlirdi. Adətən yatağımda otururduq. Buna görə də onlardan birinin üzüyü götürdüyünü düşünürdüm. 100 il düşünsəm, üzüyün burnuma getdiyi ağlıma gəlməzdi. Heç bir şey hiss etmirdim çünki”, - hadisə haqqında danışan Abiqail deyib.

Gənc qızı müayinə edən doktor üzüyün burunun həssas olmayan bölgəsinə ilişib qaldığı üçün Abiqailin bir narahatlıq hiss etmədiyini deyib./publika.az

Xəbər lenti