Xəzər Xəbər

“O vaxta qədər Suriyada qalacağıq ki…” – ABŞ-ın planı açıqlandı

Dünya | 13:24 • 12 Dekabr 2018
“O vaxta qədər Suriyada qalacağıq ki…”

ABŞ prezidentinin İŞİD-lə Mübarizə Koalisiyasındakı xüsusi nümayəndəsi Brett Makqurk terror təşkilatı ilə mübarizədə əldə edilən müsbət nəticələri qorumaq və daxili təhlükəsizlik qüvvələri qurulanadak Amerika qüvvələrinin Suriyada qalacağını açıqlayıb.

Makqurk İŞİD terror təşkilatına qarşı əməliyyatların davam etdiyini bildirib.

O, ABŞ-ın əsas hədəfinin İŞİD-i tamamilə yox etmək olduğunu deyib:

"Suriyanın təhlükəsizliyinə əmin olduğumuz günədək koalisiya burada qalacaq. Bu illər ərzində bir təcrübəni öyrəndik ki, bir terror təşkilatını tamamilə yox edib getmək olmaz. Əldə edilən müsbət nəticələri saxlamaq üçün mübarizəni davam etdirmək lazımdır”.

İŞİD-ə qarşı mübarizənin uzun vaxt apardığı barədə jurnalistlərin suallarını cavablandıran Brett Makqurk terror təşkilatının partizan döyüşlərinə başladığını bildirib./Teleqraf.com

Xəbər lenti