Xəzər Xəbər

Aleksandr Novak: Rusiya neft istehsalını tədricən azaldacaq

Dünya | 20:04 • 11 Dekabr 2018
Aleksandr Novak: Rusiya neft istehsalını tədricən azaldacaq

Rusiya gələn ildən neft hasilatını mərhələli şəkildə azaldacaq.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.


"Proqnozlarımıza uyğun olaraq, bu ilin oktyabr ayındakı sutkalıq hasilat göstəricisi ilə müqayisədə istehsalı 50 və ya 60 min barrel arasında azaltmaq yolunda irəliləyirik. Gələn aydan neft istehsalının azaldılması əsasən iqlim və texniki imkanlardan asılı olacaq. Şirkətlərin də təkliflərini alacağıq”, - deyə nazir bildirib.


Qeyd edək ki, ötən həftə Vyanada OPEC və OPEC+ ölkələrinin nazirlərinin V toplantısında neft istehsalının gündəlik 1,2 milyon barrel azaldılmasına dair razılıq əldə edilib. Rusiya bu razılığa əsasən, sutkalıq neft hasilatını 228 min barrel azaltmağı nəzərdə tutur.

Xəbər lenti