Xəzər Xəbər

Afrikanın iki ölkəsi arasında tarixi sülh sazişi

Dünya | 10:32 • 17 Sentyabr 2018
Afrikanın iki ölkəsi arasında tarixi sülh sazişi

Bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində Kral Salman bin Əbdüləziz Əl Səudun himayəsi ilə tarixi sülh sazişinin imzalanması mərasimi keçirilib.

Bu saziş Afrikanın iki dövləti arasında sərhəd mübahisəsi səbəbindən illərboyu davam edən qarşıdurmaya son qoyacaq.

Sazişi iki dövlətin liderləri – Eritreya Prezidenti İsayas Afevorki və Efiopiyanın Baş naziri Abiy Əhməd imzalayıblar. İmzalanma mərasimində BMT-nin baş katibi Antonio Quterreş də iştirak edib.

Afrikanın iki dövləti arasında 1998-ci ildən pozulmuş münasibətlər bu ilin yayından Efiopiyanın Baş naziri Abiy Əhmədin təşəbbüsü ilə düzəlməyə başlayıb. Hazırda ölkələr diplomatik münasibətləri, səfirliklərin işini bərpa ediblər və sərhədləri açıblar./publika.az

Xəbər lenti