Transatlantik təhlükəsizliyə ən başlıca təhdidlər sırasında Rusiya birinci yerdədir. Bu barədə NATO-nun rəsmi tvitter hesabında yerləşdirilən video məlumatda deyilir.
"Krımın qanunsuz ilhaqı və Şərqi Ukraynada sabitliyin pozulması, o cümlədən, hərbi potensialın getdikcə NATO sərhədləri yaxınlığına cəlb edilməsilə Rusiyanın şərqində vəziyyət daha da çətinləşib.” – deyə, məlumatda vurğulanır.
Rusiyadan başqa, NATO-nun
təhlükəsizliyinə əsas təhdidlər sırasına Yaxın Şərqdə və Afrikadakı
vəziyyət, kütləvi qırğın silahlarının yayılması, kiberhücumlar, enerji
təchizatı sferası və iqlim dəyişikliyi daxil edilib.
Qeyd edək
ki, Kreml dəfələrlə Rusiyanın heç zaman kiməsə qarşı təhdid
yaratmadığını bəyan edib. Lakin onu da vurğulayıb ki, öz maraqlarına
potensial təhlükə ehtiva edən hərəkətləri görməzlikdən gəlməyəcək.