Xəzər Xəbər

Gürcüstan parlamentinin sabiq sədri prezidentliyə namizəd olub

Dünya | 09:53 • 22 İyul 2018
Gürcüstan parlamentinin sabiq sədri prezidentliyə namizəd olub

Gürcüstanın əsas müxalifət partiyalarından hesab olunan "Avropa Gürcüstanı” partiyası David Bakradzenin prezidentliyə namizədliyini irəli sürüb.


İyulun 21-də Kutaisi İdman Sarayında partiya fəallarının toplantısı keçirilib. Toplantıda bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində iştirakla bağlı məsələ müzakirə olunub və D.Bakradzenin namizədliyi yekdilliklə təsdiq olunub.


Xatırladaq ki, David Bakradze 2008-2012-ci illərdə Gürcüstan parlamentinin sədri olub.

Xəbər lenti