Xəzər Xəbər

Sarkisyanın partiyası növbədənkənar seçkilərə getməyəcək

Dünya | 13:50 • 25 May 2018
Sarkisyanın partiyası növbədənkənar seçkilərə getməyəcək

Erməniastanda hakim Respublika Partiyası növbədənkənar seçkilərə getməyi düşünmür.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyasındakı rəhbəri Vaqram Baqdasaryan deyib.


"Biz Konstitusiyanı əsas tuturuq. Buna görə də yalnız 2022-ci ilin parlament seçkilərinə hazırlaşırıq”. Baqdasaryan növbədənkənar seçkilərə ehtiyac olmadığını deyib.

Baqdasaryan seçkilərə qədər Paşinyan hakimiyyəti ilə islahat proqramını müzakirə etməyə hazır olduqlarını da bildiriblər.

Xəbər lenti