Xəzər Xəbər

Ərdoğan Kraliça Yelizaveta ilə görüşəcək

Dünya | 10:16 • 8 May 2018
Ərdoğan Kraliça Yelizaveta ilə görüşəcək
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Buckingham sarayında Böyük Britaniya Kraliçası 2-ci Yelizaveta və baş nazir Tereza Meylə görüşəcək. "Hürriyet" qəzetinin məlumat verir ki, görüş 13-15 may tarixlərində baş tutacaq.

İngiltərəyə forumda iştirak etmək üçün gedəcək Ərdoğanı çox sayda nazir müşayiət edəcək. Forumda Türkiyə və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin gücləndirilməsi, media, siyasət, iqtisadiyyat, mədəniyyət, iş dünyası və digər sahələrdə müzakirələr aparılacaq./FaktXəbər

Xəbər lenti

Çox oxunanlar