Xəzər Xəbər

Roma Papası Suriyada hadisələrindən narahatlığını bildirib

Dünya | 16:34 • 15 Aprel 2018
Roma Papası Suriyada hadisələrindən narahatlığını bildirib

Roma Papası Fransisk Suriyada baş verən hadisələrlə əlaqədar narahatlığını bildirib.

Bu barədə "Vatican News" xəbər verib.

"Baxmayaraq ki, Suriyada və dünyanın digər bölgələrində sülh yaratmaq üçün beynəlxalq birliyin ixtiyarında imkanlar var, amma məni dünyada indiki vəziyyət dərindən narahat edir", - o bildirib.

Bu sırada pontifik həm də dünya liderlərini ədalətə, dünyada sülhə və regionda sabitləyə çağırıb.

Xatırladaq ki, aprelin 8-də Suriyanın Duma şəhərində dinc sakinlərə qarşı kimyəvi hücumlar təşkil edildiyi və çoxlu sayda insanın öldüyü barədə məlumatlar yayılmışdı. Suriya və Rusiyanın kimyəvi silah tətbiqi barədə məlumatları təkzib etməsinə, xəstəxanalara kimyəvi hücumdan zərər çəkmiş hər hansı bir xəstənin gətirilməsi barədə informasiyanın olmamasına baxmayaraq, ABŞ, Fransa və Böyük Britaniya üçlüyü Suriyanı bombalamaq barədə qərar qəbul etdilər və dünən səhər saatlarında Suriyanın müxtəlif ərazilərinə 100 raket zərbəsi endirdilər. Üçlüyün bu barədə qərar qəbul eməsinə səbəb isə dəstəklədikləri terrorçuların sözügedən ərazidən getdikçə sıxışdırılıb çıxarılması və terrorçuların əlində qalan sonuncu məntəqənin də itirilməməsi üçün bir cəhddir.

Xəbər lenti