Xəzər Xəbər

Türkiyədə avtobus qəzası nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb

Dünya | 11:59 • 13 Mart 2018
Türkiyədə avtobus qəzası nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb

Türkiyənin Çorum bölgəsindəki Osmancıq rayonunda baş verən ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.


Xezerxeber.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Osmancıq Bələdiyyəsinin sədri Həmzə Karataşın sözlərinə görə, qəza zamanı xəsarət alan 15 nəfər xəstəxanalara yerləşdirilib. Yaralananlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.


Xatırladaq ki, bu gün gecə saatlarında sərnişin avtobusu yol kənarında dayanmış ağır tonnajlı yük maşınına çırpılıb. Qəzadan sonra avtobus yanıb. Sərnişinlərdən bir çoxu avtobusdan çıxa bilməyib və yanaraq həyatını itirib.

Xəbər lenti