Xəzər Xəbər

Yaşı 30-dan aşağı olan qadınlar... Ərəblərdən YENİ QAYDA

Dünya | 15:01 • 16 Yanvar 2018
Yaşı 30-dan aşağı olan qadınlar...

Səudiyyə Ərəbistanı 2018-ci ildə ilk dəfə turistlər üçün elektron vizalar tətbiq edəcək.

"Daily Sabah” nəşri xəbər verir ki, beləliklə, hakimiyyət neft satışından güclü asılı olan ölkə iqtisadiyyatını diversifikasiya etmək istəyir.

Yeni viza rejimindən Avropa İttifaqı ölkələri, Avstraliya, Bruney, Yaponiya, Malayziya, Sinqapur, Cənubi Afrika Respublikası (CAR), Cənubi Koreya, Tayvan, ABŞ və Amerika qitəsinin başqa ölkələrinin vətəndaşları istifadə edə biləcəklər.

Qeyd edilir ki, 30 yaşından daha gənc qadınlar ölkəyə yalnız kişinin müşayiəti ilə səfər edə biləcəklər.

Daha əvvəl bildirilirdi ki, ölkə hakimiyyəti qadınlara kişilərin müşayiəti olmadan ölkəyə səfər etməyə icazə verə bilər./publika.az

Xəbər lenti