Xəzər Xəbər

Alimlərdən tövsiyə: ya vegeterian olun, ya da həşərat yeyin

Dünya | 18:35 • 14 Yanvar 2018
Alimlərdən tövsiyə:

Yer Kürəsinin atmosfer qatına mənfi təsir edən istixana qazlarının azaldılması, yaşıllığın artırılması üçün alimlər tərəfindən maraqlı təklif irəli sürülüb: mal əti əvəzinə həşərat yeyilsin.

Alimlərin fikrincə, fermalar atmosferə tullantı qazları ötürməklə yanaşı, həm də heyvanları otarmaq üçün kifayət qədər torpaq sahələri ayrılır. Bütün bunların qarşısını almaq üçün vegeterian qidalara yönəlmək lazımdır. Ətdən ayrıla bilməyənlər isə həşərat yesin. Hesab olunur ki, bu, Yer Kürəsinin biosferinə yaxşı təsir göstərəcək./publika.az

Xəbər lenti