Xəzər Xəbər

KXDR liderini öldürmək üçün yaradılan xüsusi dəstə

Dünya | 16:07 • 4 Dekabr 2017
KXDR liderini öldürmək üçün yaradılan xüsusi dəstə
Cənubi Koreya ordusu Koreya Xalq Demokratik Respublikasının (KXDR lideri Kim Çen Inı öldürmək "Kəllə Qoparan" adlı xüsusi təyinatlı dəstə yaradıb. "Kəllə Qoparan" adlı dəstənin 1000 üzvünün olduğu bildirilir.

"The Korea Times" yazır ki, xüsusi təyinatlı dəstə ABŞ ordusunun "Delta", "SEAL Team Six" və "Yaşıl Biretlər"indən örnək götürülərək Cənubi Koreyanın Xüsusi Hərbi Komandanlığı nəzdində yaradılıb.

Dəstənin məqsədi hazırki durumda Cənubi Koreyanın döyüş gücünü nümayiş etdirmək, Şimali Koreyaya rəhbərlik edən əsas şəxsləri aradan qaldırmaq və nüvə obyektlərini zərərsizləşdirməkdir./faktxəbər

Xəbər lenti