Xəzər Xəbər

Ukraynada referenduma gedir - Avropa İttifaqı və NATO-ya daxil olmaq üçün

Dünya | 17:30 • 1 Dekabr 2017
Ukraynada referenduma gedir -

Ukraynada Avropa İttifaqı və NATO-ya daxil olmaq üzrə referendum yaxın gələcəkdə keçiriləcək.

RİA Novosti xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko bildirib.

"Bu gün pis günlərin artıq arxada qaldığını düşünməyə və buna inanmağa hər cür əsas var. Avroatlantik inteqrasiya kursuna sadiqik və heç şübhə etməyin ki, yaxın gələcəkdə NATO-ya daxil olmaq və Avropa Birliyi üzvü olmaqla bağlı referendumlar keçiriləcək", - P.Poroşenko vurğulayıb.

Qeyd edək ki, daha əvvəl P.Poroşenko Ukrayna kəşfiyyatını NATO standartları səviyyəsinə gətirməklə bağlı tapşırıq verib.

Xəbər lenti