Xəzər Xəbər

Pakistanda universitetə silahlı hücum: ölənlərin sayı 11 nəfərə çatıb

Dünya | 15:34 • 1 Dekabr 2017
Pakistanda universitetə silahlı hücum: ölənlərin sayı 11 nəfərə çatıb

Pakistanın Xeybər-Pahtunhva vilayətinin Pişəvar şəhərində Kənd Təsərrüfatı Universitetinin kampusuna silahlıların hücumu nəticəsində həlak olanların sayı azı 11 nəfərə çatıb.


AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, hücum zamanı, həmçinin 40-a yaxın insan yaralanıb, onların çoxunun vəziyyəti ağırdır.


KİV-in məlumatında bildirilir ki, səhər saatlarında üzərlərinə partlayıcı yerləşdirilmiş beş nəfər maskalı silahlı şəxs universitet yataqxanasına hücum edib. Hadisə zamanı orada təxminən 120 tələbə olub. Adətən yataqxanada 400 tələbə qalır, istirahət günü olduğundan təxminən 300 tələbə evə gedib.


Yerli hüquq mühafizə orqanlarının məlumatına görə, hücumda iştirak etmiş 5 terrorçunun hamısı öldürülüb.

Xəbər lenti