Xəzər Xəbər

Cənubi Koreya və ABŞ dənizdə geniş hərbi təlimlərə başlayır

Dünya | 12:45 • 11 Noyabr 2017
Cənubi Koreya və ABŞ dənizdə geniş hərbi təlimlərə başlayır

Cənubi Koreya ölkənin şərq sularında ABŞ ilə birgə dörd günlük geniş hərbi təlimlərə başlayır.

Cənubi Koreyanın Yonhap agentliyi xəbər verir ki, təlimlərə hər iki ölkədən hərbi dəniz qüvvələrinin geniş kontingenti, o cümlədən ABŞ-ın "Ronald Reyqan”, "Teoder Ruzvelt” və "Nimitz” hərbi təyyarədaşıyan gəmiləri, "Aegis” çoxfunksiyalı informasiya-idarəetmə sistemi ilə təchiz olunan 11 ABŞ gəmisi və Cənubi Koreyanın 7 döyüş gəmisi cəlb olunub. Bu, ABŞ-ın 3 təyyarədaşıyan gəmisinin cəlb olunduğu nadir təlimlərdən biri, Cənubi Koreya ilə isə ilk təlimdir.

Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına əsasən, təlimlər Şimali Koreyanın nüvə-raket təhdidlərinə qarşı birgə cavab tədbirlərini əhatə edir.

Xəbər lenti