Xəzər Xəbər

Yəməndə səhiyyə işçiləri 1 ildir maaş almır

Dünya | 16:23 • 20 Oktyabr 2017
Yəməndə səhiyyə işçiləri 1 ildir maaş almır
Yəməndə həkimlər müharibə şəraitində bir ildir əməkhaqqı almadan fəaliyyət göstərir. Bu barədə beynəlxalq səhiyyə humanitar yardım təşkilatı olan "Sərhədsiz Həkimlər" Birliyi hesabat dərc edib.

"Sərhədsiz Həkimlər" Yəmənin səhiyyə işçilərinin bir ildir müharibə şəraitində maaşlarını almaması ilə əlaqədar yardım kampaniyası da başladıb. Məsələ ilə bağlı detallı hesabat dərc edən birlik, sosial şəbəkələr vasitəsilə ictimaiyyətə müraciət edib və #1year0salary (1 ildir 0 maaş) həştqi ilə dəstək istəyib./faktxəbər

Xəbər lenti