Xəzər Xəbər

Las-Veqas terrorunda “iPhone” qadının həyatını qurtarıb - FOTO

Dünya | 13:19 • 5 Oktyabr 2017
Las-Veqas terrorunda “iPhone” qadının həyatını qurtarıb -
Las-Veqasdakı atışma zamanı 33 yaşı qadına tərəf uçan güllə onun "iPhone 7 Plus” smartfonunun korpusunda ilişib.

İKT.lent.az-ın "Klas” telekanalına istinadən məlumatına görə, güllə çexolda olan smartfonun korpusunun arxa hissəsinə dəyib və onu parçalayıb. Telefon sıradan çıxsa da, "iPhone”nin sahibəsi atışma yerini xəsarətsiz tərk edə bilib.

Güllənin birbaşa olaraq smartfona atıldığı və ya qadın tərəfə rikoşetlə getdiyi barədə məlumat verilmir.

Xatırladaq ki, oktyabrın 2-nə keçən gecə Las-Veqasda 64 yaşlı amerikalı Stiven Peddok özünün otel nömrəsindən "Route 91” kantri musiqisi festivalının iştirakçılarına atəş açıb. Atışma nəticəsində 59 nəfər ölüb, 527 nəfər yaralanıb. Polis gələnə qədər cinayətkar özünə qəsd edib.

Xəbər lenti