İngiltərədə yaşayan Raçel Kravley üzündəki ləkələr
səbəbindən uzun müddət evdən bayıra çıxmayıb.
22
yaşlı qız müalicə alsa da, ləkələrdən vaz keçə bilməyib. Başqaları
tərəfindən tənqid olunan Raçel harasa getməmişdən əvvəl bir neçə
saat makiyaj edib.
Lakin bir gün özünü olduğu kimi qəbul etməyə başlayan və makiyajdan
imtina edən Kravley menyuda dəyişiklik etməyə başlayıb.
Gənc qız şəkər və karbohidratı menyudan tamamilə çıxarıb.
Vegeterianlar kimi qidalanmağa başlayan Raçelin üzündəki ləkələr
zamanla yox olub.
Hazırda gözəllik yarışmalarından birinə qatılan qız finala qədər
addımlayıb.