ABŞ-ın Minneapolis şəhərində məktəbdə qaz sızması səbəbindən baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Bundan əvvəl qismən dağılan məktəbdə iki nəfərin itkin düşdüyü bildirilirdi.
Son məlumata əsasən, itkin düşənlərdən birinin meyiti aşkarlanıb. Hadisə nəticəsində yaralanan 7 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 3-nün vəziyyəti ağır kimi qiymətləndirilir.
Yay tətilinə baxmayaraq, təhsil müəssisəsində çox sayda müəllim və şagirdlərin olduğu bildirilir. Məlumata görə, məktəbdə yay kursları və müxtəlif idman seksiyaları fəaliyyət göstərir.
***
ABŞ-ın Minneapolis şəhərində məktəbdə partlayış baş verib.
Partlayışdan sonra məktəbdə yanğın başlayıb.
Hadisə nəticəsində 2 nəfər itkin düşüb, məktəb binası qismən uçub.
İlkin versiyaya əsasən, partlayışa qaz sızması səbəb olub. Hazırda hadisə yerində xilasedici əməliyyat davam edir./apa