Xəzər Xəbər

Pakistan, Fələstin xalqının yanında olduğunu açıqladı

Dünya | 13:07 • 26 İyul 2017
Pakistan, Fələstin xalqının yanında olduğunu açıqladı
Pakistan Xarici İşlər Nazirliyi, fələstinlilərə qarşı davam edən İsrail rejiminin zorakılıqlarını və müsəlmanların Əl-Əqsa məscidinə daxil olmalarına törədilən masneləri tənqid edib.

Rəsmi Pakistan, İsrail rejiminin fələstinli nümayişçilərə qarşı güc tətbiq etməsindən narahat olduğunu bildirib.

Açıqlamada, İsrailin fələstinli nümayişçilərə tətbiq etdiyi siyasətin beynəlxalq insan haqqlarına zidd olduu qeyd edilib: "Biz öz haqqlarını tələb edən Fələstin xalqı və hökumətinin yanındayıq. Pakistan, Fələstinə dəstəyini bir daha xatırladır və paytaxtı Qüds olan, müstəqil, suveren, sərhədləri müəyyən Fələstin dövlətinin yaradılmasını dəstəkləyir".

Qeyd edək ki, məscidin içində 3 fələstinlinin şəhid edilməsindən sonra orada ibadət qadağan edilmişdi. Daha sonra məscidin iki qapısı açılsa da, ora metal detektorlar quraşdırılmışdı ki, bu addım etirazlara səbəb olmuşdu. Fələstinlilər öz etirazlarını bu qapıların önündə namazlarını qılaraq bildirirdi.

Əl-Əqsa məscidinin işğalçı rejim tərəfindən işğalı və məscidin girişində metal detektorların quraşdırılması dünyanın bir çox ölkələrində etiraz aksiyaları ilə qarşılandı. Bir çox ölkələrdə İsrail əleyhinə etiraz aksiyaları keçirildi və Əl-Əqsa məscidinə olan hörmətsizliyə son verilməsi tələb olundu./faktxəbər

Xəbər lenti