Xəzər Xəbər

Şimali Koreya yeni raket sınağına hazırlaşır

Dünya | 11:37 • 20 İyul 2017
Şimali Koreya yeni raket sınağına hazırlaşır

Koreya Xalq Demokratik Respublikası (KXDR)yeni raket sınağına hazırlaşır.

"Report” xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ-ın kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

Telekanalın məlumat aldığı mənbə əmin deyil ki, bu qitələrarası raketin, yoxsa orta mənzilli raketin sınağıdır.

Xatırladaq ki, KXDR iyun ayının 4-də "Xvason-14” raketinin sınağını keçirib. Həmin raketin 933 km məsafə qət etdiyi və 2802 km hündürlüyə qalxdığı söylənilirdi. Raketin ümumi uçuş vaxtı 39 dəqiqə olmuşdu.

Xəbər lenti