Xəzər Xəbər

Meksikada iri neft ehtiyatları aşkarlanıb

Dünya | 09:32 • 24 Mart 2017
Meksikada iri neft ehtiyatları aşkarlanıb

İtaliyanın "Eni” şirkəti Meksika sahillərində iri neft ehtiyatları aşkarlayıb. Hökumət ölkənin neft-qaz sektoruna beynəlxalq sərmayələrin qoyuluşuna icazə verdikdən sonra "Eni” burada neft quyusu qazan ilk xarici şirkət olub.

Konsernin rəhbəri Klaudio Deskaltsi kəşf edilən yatağın çox perspektivli olduğunu bildirib. Onun sözlərinə görə, yataq sahildən 7-8 km aralıda yerləşir: "Biz cəld hərəkət etmək istəyirik... Düşünürəm ki, 2-3 ildən sonra biz hasilata başlaya bilərik”.

Kəşf edilmiş yataqda neft ehtiyatlarının həcmi proqnozlaşdırılmış 800 mln. bareldən xeyli çox olduğu bildirilir.

Xəbər lenti