Xəzər Xəbər

Od çərşənbəsi günü temperatur iqlim normasından yüksəkdir

Cəmiyyət | 10:33 • 5 Mart 2024
Od çərşənbəsi günü temperatur iqlim normasından yüksəkdir

Novruz bayramının ikinci çərşənbəsi olan Od çərşənbəsində ölkə ərazisində yüksək temperatur rejimi qeydə alınır, Abşeron yarımadasında və bəzi bölgələrdə havanın temperaturu 13 dərəcəyədək yüksəlib. Bu da iqlim normasından 3 dərəcəyədək yüksəkdir.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. 

O qeyd edib ki, Od çərşənbəsində son 10 ilin ən yüksək temperatur göstəricisi ötən il qeydə alınıb. Temperatur iqlim normasından 7 dərəcə yüksək olub. Abşeron yarımadasında 18, bəzi bölgələrdə 23, dağlıq ərazilərdə 15 dərəcə isti olub.

“Bu il Od çərşənbəsində ölkə ərazisində hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz, gündüz saatlarında bəzi dağlıq ərazilərdə isə qısamüddətli yağıntılı olacağı gözlənilir. Gecə və səhər ölkənin bəzi ərazilərində zəif duman olacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 15 dərəcə isti, dağlıq rayonlarda isə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq. Bakıda və Abşeron yarımadasında bu gün mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 13 dərəcə isti olacaq”.

Rubrikanın digər xəbərləri

Kürdə suyun səviyyəsi
Kürdə suyun səviyyəsi ARTDI
13:33 • 14 Aprel 2024
Sabah yağış yağacaq, külək əsəcək
Sabah yağış yağacaq, külək əsəcək PROQNOZ
13:07 • 14 Aprel 2024
Dumanlı hava şəraiti ilə bağlı
Dumanlı hava şəraiti ilə bağlı XƏBƏRDARILQ
13:03 • 14 Aprel 2024
AZAL bəzi reyslərinin gecikdiyi barədə
AZAL bəzi reyslərinin gecikdiyi barədə MƏLUMAT PAYLAŞIB
09:00 • 14 Aprel 2024
İstilik mövsümü başa çatır
İstilik mövsümü başa çatır DƏQİQ TARİX
19:03 • 13 Aprel 2024
Bazar günü Bakıda 21 dərəcə isti olacaq
Bazar günü Bakıda 21 dərəcə isti olacaq PROQNOZ
12:39 • 13 Aprel 2024
Azərbaycanda bu ailələrə hər ay 200 manat
Azərbaycanda bu ailələrə hər ay 200 manat ödəniləcək
11:11 • 13 Aprel 2024

Xəbər lenti