Xəzər Xəbər

AZAL Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

Cəmiyyət | 10:25 • 5 Mart 2024
AZAL Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrindən biri olan Od çərşənbəsində Almatı və Astana istiqamətləri üzrə aviabiletlərə endirim təklif edir.

Xezerxeber.az AZAL-a istinadən xəbər verir ki, xüsusi qiymətlər martın 5-də əldə edilən aviabiletlərə tətbiq edilir.

Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 1 aprel–31 may 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamildir. 

Astana şəhərinə aviabiletlərin qiyməti bir tərəfə 169 manat, hər iki istiqamətdə 338 manat təşkil edir. Almatı şəhərinə bir tərəfə 239 manata, gediş-dönüş aviabiletlərini isə 399 manata əldə etmək olar.

Aksiya çərçivəsində aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir. Endirimli aviabiletlərin sayı məhduddur.

Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Rubrikanın digər xəbərləri

Kürdə suyun səviyyəsi
Kürdə suyun səviyyəsi ARTDI
13:33 • 14 Aprel 2024
Sabah yağış yağacaq, külək əsəcək
Sabah yağış yağacaq, külək əsəcək PROQNOZ
13:07 • 14 Aprel 2024
Dumanlı hava şəraiti ilə bağlı
Dumanlı hava şəraiti ilə bağlı XƏBƏRDARILQ
13:03 • 14 Aprel 2024
AZAL bəzi reyslərinin gecikdiyi barədə
AZAL bəzi reyslərinin gecikdiyi barədə MƏLUMAT PAYLAŞIB
09:00 • 14 Aprel 2024
İstilik mövsümü başa çatır
İstilik mövsümü başa çatır DƏQİQ TARİX
19:03 • 13 Aprel 2024
Bazar günü Bakıda 21 dərəcə isti olacaq
Bazar günü Bakıda 21 dərəcə isti olacaq PROQNOZ
12:39 • 13 Aprel 2024
Azərbaycanda bu ailələrə hər ay 200 manat
Azərbaycanda bu ailələrə hər ay 200 manat ödəniləcək
11:11 • 13 Aprel 2024

Xəbər lenti