Xəzər Xəbər

Gürcüstan həbsxanalarında 101 Azərbaycan vətəndaşı cəza çəkir

Cəmiyyət | 11:32 • 12 Fevral 2024
Gürcüstan həbsxanalarında 101 Azərbaycan vətəndaşı cəza çəkir

2023-cü ilin sonunda Gürcüstan həbsxanalarında 101 Azərbaycan vətəndaşı olub.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ötən ilin dekabr ayı üzrə hesabatında bildirilib. Qeyd olunub ki, həbsdə olan Azərbaycan vətəndaşlarından 11-ü qadın, 90-ı isə kişi olub. 

Həbsdə olan Azərbaycan vətəndaşlarından biri həddi buluğa çatmayan oğlan olub.

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarından 17-nə qarşı ittiham irəli sürülüb, 84-ü barəsində isə hökm oxunub.

Ötən ilin dekabrında Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı isə 48 nəfər təşkil edib.

2023-cü ilin dekabrında Gürcüstan həbsxanalarında 57 İran, 28 Ermənistan, 31 Hindistan, 14 Misir, 121 Rusiya, 229 Türkiyə və 53 Ukrayna vətəndaşı olmaqla ümumilikdə 821 əcnəbi saxlanılıb. (APA)

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024