Xəzər Xəbər

Bakıda marşrutların sayı azaldılacaq - Yeni marşrut şəbəkəsi hazırlanıb RƏSMİ/VİDEO

Cəmiyyət | 09:28 • 12 Fevral 2024
Bakıda marşrutların sayı azaldılacaq - Yeni marşrut şəbəkəsi hazırlanıb

"Hazırda Bakı şəhərində ictimai nəqliyyata əlçatanlıq 80 faizdən aşağıdır. Yəni 20 faiz əhalinin ictimai nəqliyyata əlçatanlığı yoxdur. Ona görə də biz xarici mütəxəssislərin də iştirakı ilə Bakı şəhərində marşrut şəbəkəsinin yenidən optimallaşdırılması layihəsini hazırlamışıq. Həmin layihənin icrasından sonra Bakı şəhərində ictimai nəqliyyata əlçatanlıq 90 faizi keçəcək".

Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) şöbə müdiri Tərlan Səfərov Xəzər Televiziyasının “Xəbər Ertəsi” verilişində deyib.

Tərlan Səfərov əlavə edib ki, yeni layihənin icrasından sonra xüsusən Bakıətrafı qəsəbələrdə yaşayan insanların ictimai nəqliyyata əlçatanlığı daha rahat olacaq. Bu marşrutlarda yeni avtobuslar istismara veriləcək.

Şöbə müdiri onu da açıqlayıb ki, Bakıda marşrutların sayı azaldılacaq: “Amma avtobsların sayı artırılacaq. Artıq köhnə avtobus olmayacaq”.  

Tərlan Səfərov bəzi daşıyıcı şirkətlərə xəbərdarlıq da edib.

O bildirib ki, bir çox daşıyıcılar müxtəlif vasitələrlə kartla ödəniş sisteminə keçiddən yayınırlar. Bəzən də bunun üçün cəmiyyətin həssas təbəqəsindən istifadə edirlər: “Amma qarşımıza qoyulmuş tapşırıqlar var və Bakı şəhərində ictimai nəqliyyatda xidmətin keyfiyyəti yüksəlməlidir. Biz bunun üçün sərt tədbirlərə getməliyik. Əgər kimsə özünü dəyişmirsə və ya xidmətini düzəltmək istəmirsə, hesab edirəm ki, bizim qərarımızı nəsə dəyişməyəcək”.  

Xezerxeber.az açıqlamanı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024