Xəzər Xəbər

Bakının bu yollarında sıxlıq var SİYAHI

Cəmiyyət | 09:05 • 12 Fevral 2024
Bakının bu yollarında sıxlıq var

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Xezerxeber.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

2. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

3. Tbilisi prospekti, hər iki istiqamətdə;

4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

5. Şəmsi Bədəlbəyli küçəsi, "Qış" parkının qarşısından Mərkəzi Bank istiqamətində;

6. "20 Yanvar" dairəsində;

7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

8. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

9. Bakı-Sumqayıt şosesi, 20 yanvar dairəsi istiqamətində;

10. Babək prospekti, mərkəz istiqamətində;

11. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

12. Bül-Bül prospekti, "Sahil" metro stansiyasının qarşısında.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024