Xəzər Xəbər

FHN bu qəsəbədə qanunsuz tikilini SÖKDÜ

Cəmiyyət | 12:26 • 2 Dekabr 2023
FHN bu qəsəbədə qanunsuz tikilini

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Xezerxeber.az FHN-nə istinadən xəbər verir ki, Nəsimi rayonu və Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyektlər sökülüb.

 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024