Xəzər Xəbər

Azərbaycana girişi məhdudlaşdırılan şəxslərin sayı AÇIQLANDI RƏSMİ AÇIQLAMA

Cəmiyyət | 11:11 • 2 Dekabr 2023
Azərbaycana girişi məhdudlaşdırılan şəxslərin sayı AÇIQLANDI

Cari ilin 10 ayı ərzində qanunsuz miqrasiyaya qarşı keçirilən təbirlər zamanı Dövlət Miqrasiya Xidməti tərəfindən 8182 əcnəbi saxlanılıb.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib.

"Həmin dövr ərzində miqrasiya qanunvericiliyini pozan 2831 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub.

Eyni zamanda ölkədə olma, yaşama, əcnəbilərin işə cəlb olunması və digər aidiyyəti məsələlərlə bağlı həmin dövr ərzində ümumilikdə 19552 inzibati qərar qəbul edilib. Həmçinin bu dövrdə qanunsuz miqrasiyanın təşkili və digər cinayət əməlləri ilə bağlı bir sıra əsaslı faktlar aşkar edilərək hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib", - deyə əlavə edilib. (trend)

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024