Xəzər Xəbər

Leysan, dolu olacaq, SEL keçəcək XƏBƏRDARLIQ

Cəmiyyət | 16:39 • 9 İyun 2023
Leysan, dolu olacaq, SEL keçəcək

Azərbaycanın rayonlarında iyunun 10-u gündüz qərb rayonlarından başlayaraq 12-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Xezerxeber.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verirk ki, əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Xaçmaz rayonlarının bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Xəbər lenti