Xəzər Xəbər

Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reyslərinin sayı artırılıb

Cəmiyyət | 15:47 • 27 May 2023
Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reyslərinin sayı artırılıb

Yay mövsümünün başlaması ilə əlaqədar Bakı-Qəbələ-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq 3 iyun tarixindən etibarən qatar reyslərinin sayı artırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

Qeyd edilən tarixdən etibarən həftənin şənbə və bazar günləri olmaqla saat 08:00-da Bakı Dəmiryol Vağzalından Qəbələyə yola düşən qatar mənzil başına saat 11:20-də, həmin günlər Qəbələdən saat 19:00-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatacaq.

Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından

(https://ticket.ady.az/ticket-search) onlayn əldə etmək mümkündür.

Xəbər lenti