Xəzər Xəbər

Sədərək rayonunda evləri su dolub FOTO

Cəmiyyət | 15:35 • 27 May 2023
Sədərək rayonunda evləri su dolub

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Qaraağac kəndi ərazisində güclü yağış səbəbindən bəzi fərdi yaşayış evlərinə yağış sularının dolması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar dərhal əraziyə cəlb olunan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri görülüb.

Bundan əlavə, intensiv yağışların Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində törətdiyi fəsadların aradan qaldırılması tədbirləri nazirliyin qüvvələri tərəfindən davam etdirilir.

Xəbər lenti