Xəzər Xəbər

Şənbə gününün hava proqnozu

Cəmiyyət | 13:09 • 26 May 2023
Şənbə gününün hava proqnozu

Mayın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Xezerxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağışda fasilə olacaq. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 10-15°, bəzi yerlərdə 18-20° isti olacaq.

Rubrikanın digər xəbərləri

Leysan, dolu olacaq, SEL keçəcək
Leysan, dolu olacaq, SEL keçəcək XƏBƏRDARLIQ
16:39 • 9 İyun 2023
İyun ayının pensiyaları
İyun ayının pensiyaları ÖDƏNİLİB
13:33 • 9 İyun 2023
Sabah 32 dərəcə isti olacaq
Sabah 32 dərəcə isti olacaq PROQNOZ
12:38 • 9 İyun 2023
Rayonlara şimşək çaxıb, yağış yağıb
Rayonlara şimşək çaxıb, yağış yağıb FAKTİKİ HAVA
10:10 • 9 İyun 2023
Yollar BAĞLANACAQ
Yollar BAĞLANACAQ MÜRACİƏT
10:00 • 9 İyun 2023

Xəbər lenti