Xəzər Xəbər

Qeyri-sabit hava şəraiti davam edəcək

Cəmiyyət | 12:59 • 26 May 2023
Qeyri-sabit hava şəraiti davam edəcək

"Azərbaycanda qeyri-sabit hava şəraiti may ayının sonuna kimi davam edəcək".

Bunu "Report"a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, iyunun ilk günlərində də havanın yağıntılı olacağı ehtimalı var:

"Mayın 31-i gündüzədək bəzi rayonlarda havanın arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının leysan xaraketli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi bölgələrdə şərq küləyi arabir 18-23 m/s-dək güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında qısa müddətli daşqın və sel keçəcəyi ehtimal olunur".

U.Tağıyeva əlavə edib ki, yaxın günlər ərzində Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: "Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 25-30 dərəcə isti olacaq".

Rubrikanın digər xəbərləri

Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
447 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti