Xəzər Xəbər

Martın 24-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri işləməyəcək

Cəmiyyət | 10:43 • 19 Mart 2023
Martın 24-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri işləməyəcək

Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Xezerxeber.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar martın 25-dən etibarən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Xatırladaq ki, bazar günü “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024