Xəzər Xəbər

Dövlət qulluğunda nəticələr elan olundu

Cəmiyyət | 16:39 • 18 Mart 2023
Dövlət qulluğunda nəticələr elan olundu

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB altqrupu) üzrə bu gün keçirilən imtahanın nəticələri elan olunub.

Bu barədə Xezerxeber.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İştirakçılar imtahan nəticələrini DİM-in saytından, eləcə də mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda 213 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 17, BB2 altqrupu üzrə 46, BB3 altqrupu üzrə 61, BB4 altqrupu üzrə 52 nəfər olmaqla, ümumilikdə 176 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikat 5 il qüvvədə olur.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər martın 19-u saat 12:00-dan martın 21-i saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

DİM martın 27-dən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil edəcək. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
546 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti