Xəzər Xəbər

Şəhidlərin ailə üzvlərinə sosial ödəniş təyinatları yekunlaşıb HESABAT

Cəmiyyət | 11:09 • 17 Mart 2023
Şəhidlərin ailə üzvlərinə sosial ödəniş təyinatları yekunlaşıb

Postmüharibə dövründə 122 min unikal şəxs 264 min sosial dəstək tədbiri ilə əhatə olunub.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

Bildirilib ki, 3037 şəhidin, o cümlədən 86 mülki şəhidin 8018 ailə üzvünə 16011 sosial ödəniş təyin edilib.

"Bütün mülki şəhidlərin ailə üzvlərinə sosial ödəniş təyinatları yekunlaşıb. 3708 müharibə ilə əlaqədar əlilliyi olan şəxsə 7416 sosial ödəniş təyin edilib. 4500 mənzil şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan və həssas təbəqədən olan digər şəxslərə verilib", - deyə hesabatda qeyd edilib.

Xəbər lenti