Xəzər Xəbər

Şəhid ailə üzvlərinin banklara olan 126,4 min manat borcu silinib HESABAT

Cəmiyyət | 11:14 • 17 Mart 2023
Şəhid ailə üzvlərinin banklara olan 126,4 min manat borcu silinib

Ötən il "YAŞAT" Fondu tərəfindən şəhid ailə üzvlərinin 126,4 min manat həcmində borc öhdəliyi bank və qeyri-bank təşkilatları tərəfindən ödənilib.

Xezerxeber.az xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd olunub ki, müraciətlərin təmin edilməsi üçün Fondun büdcəsindən 688 min manat vəsait aidiyyəti üzrə sərf edilib.

İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 905, itkin ailə üzvlərinin 3 və yaralıların 1,3 min müraciəti olmaqla ümumilikdə 2,2 min müraciət təmin edilib.

Xəbər lenti